Azərbaycan–Qazaxıstan Hökumətlərarası Komissiyanın Bakı iclasına hazırlıq müzakirə edildi

Azerbaycan–Qazaxistan Hokumetlerarasi Komissiyanin Baki iclasina hazirliq muzakire edildi

Energetika naziri Pərviz Şahbazov Azərbaycan–Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə Komissiyasının Bakıda keçiriləcək 21-ci iclasına hazırlıq barədə müzakirə aparıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat yayıb.

"Astanada Azərbaycan–Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə ticarət və iqtisadi əməkdaşlığımızın gündəliyindəki məsələlərə dair səmərəli müzakirələr apardıq. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4,2 dəfə artaraq 500 milyon ABŞ dollarına çatmasını məmnunluqla vurğuladıq. Hökumətlərarası Komissiyanın Bakıda keçiriləcək 21-ci iclasına hazırlıq, nəqliyyat əlaqələrinin genişləndirilməsi, yükdaşımaların artırılması və iqtisadi tərəfdaşlığımızın möhkəmləndirilməsinə xidmət edəcək perspektiv layihələr müzakirə olundu", - nazir qeyd edib.

   
Back To Top