Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - FOTO

Azerbaycan Prezidenti Ilham Eliyev Qazaxistana dovlet seferine gelib - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gəlib.

Zeferinfo.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.