Azərbaycan Ordusunun hərbçisi vəfat edib

Azerbaycan Ordusunun herbcisi vefat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib.

Bu barədə Zeferinfo.az-ın  sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlunun ildırım sürətli vaskulit ilkin diaqnozu ilə vəfat etməsi faktını təsdiq edirik", - Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - deyə Nazirlikdən bildirilib.