Azərbaycan Ordusunun hərbçiləri Pakistanda keçirilən kursda iştirak ediblər

Pakistan İslam Respublikasında Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.
Müdafiə Nazirliyindən Zeferinfo.az-a verilən məlumata görə, müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib.
Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət
Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər.
Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib.
Kursu müvəffəqiyyətlə başa vuran heyət mükafatlandırılıb
Nazir müavini kursu müvəffəqiyyətlə başa vuran bütün heyəti fəxri fərmanla mükafatlandırıb.
Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “kiçik gizir” hərbi rütbəsi ilə təltif edilib.