Nümayəndəlikdən Zeferinfo.az-a verilən məlumata görə, görüşdə “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və gələcək perspektivləri müzakirə edilib.
Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.