Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdal ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəsmi “X” platformasındakı paylaşımda bildirilib.
Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib.