Azərbaycan müdafiə nazirinin müavinləri "Dubay Aviaşou - 2025" sərgisində iştirak ediblər
Zeferinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin müavinləri müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələri ilə birgə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlarla tanış olub.
Səfər çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilir, hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ilk dəfə olaraq ölkəmizi stendlə təmsil edib.


