Azərbaycan Milli Məclisinin üzvləri Şimali Kiprə səfər etdi – FOTOLAR
Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun üzvləri Şimali Kiprdə səfərdədirlər. Şimali Kiprə səfər edən nümayəndə heyətinə Milli Məclisin deputatı, ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev rəhbərlik edib.
Səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatar Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Ersin Tatar Azərbaycana səfərlərini xatırladaraq bu dostluq, qardaşlıq görüşlərinin bundan sonra da davam edəcəyini bildirib.
Şimali Kipr Türk Respublikasının Türk Dünyasının ayrılmaz bir parçası olduğunu vurğulayan Ersin Tatar bu yolda qardaş Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib. Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında rolunun artırılmasına verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür etdib.
Azərbaycan Milli Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev 15 Noyabr Respublika Günü münasibətilə Ersin Tatarı təbrik edib. Millət vəkili qeyd edib ki, məhz bu gün ərəfəsində Şimali Kipr Türk Cümhuriyyətində olmaq şərəfdir.
Daha sonra Şimali Kipr Türk Cümhuriyyətinin Xarici işlər naziri Tahsin Ertuğruloğlu Azərbaycan Milli Məclisinin ŞKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyevi qəbul edib.
Xarici işlər naziri Tahsin Ertuğruloğlu KKTC-nin yaranmasının 41-ci ildönümü və 15 Noyabr Respublika Bayramı şənliklərində iştirak etmək üçün ölkəyə gələn Azərbaycan Milli Məclisi-ŞKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev və Tural Gəncəliyevə öz salamlarını çatdırıb.
Xarici işlər naziri Ərtoğruloğlu Azərbaycan nümayəndə heyətinə Kipr türk xalqının bayramında yanında olduqları üçün onlara təşəkkür edib.
Qəbulda ŞKTC-Azərbaycan Milli Məclisi Dostluq Qrupunun üzvləri Rəsimye Canaltay və Həsən Tosunoğlu da iştirak edib.
Daha sonra görüşlərini davam etdiriən Azərbaycan nümayəndə heyətini Şimali Kipr Türk Cümhuriyyətinin Məclisinin sədri Ziya Öztürkler qəbul edib. Fəxri ziyafət salonunda keçirilən ziyafətdə çıxış edən Azərbaycan Milli Məclisinin KKTC Dostluq Qrupunun sədri Cavanşir Feyziyev Ziya Öztürkləri TBMM Başkanlığı seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Müstəqilliyin əldə olunmasının çox çətin bir nemət olduğunu vurğulayan Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin inkişafı və möhkəmlənməsinə bütün türk dünyasının borclu olduğunu bildirib.
Feyziyev ŞKTC-nin güclənməsi üçün əllərindən gələni edəcəklərini, iki ölkə arasında son illərdə inkişaf edən əlaqələrin əsasının da məhz bu olduğunu bildirib.
C
avanşir Fevziyev bildirib ki, Azərbaycan bu günə qədər bir çox çətinliklərlə üzləşib, lakin bu məqamda öz problemləri həll olunduğu kimi, ŞKTC qarşısındakı maneələr də aradan qaldırılacaq və onlar üzərinə düşəni edəcək.
Fevziyev çıxışının sonunda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb.
Ziya Öztürkler məhz 15 Noyabr Respublika Günü ərəfəsində onların yanında olduqları üçün Cavanşir Feyziyevə və Tural Gəncəliyevə təşəkkür edib.