Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib

Azerbaycan Merkezi Banki uc kredit ittifaqina icrasi mecburi gosteris verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Stimul” Kredit İttifaqı MMC, “Finans Kredit İttifaqı” MMC və “Total Finans Kredit İttifaqı” MMC-yə icrası məcburi sərəncam verib.

Bu barədə Zeferinfo.az  AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Stimul” Kredit İttifaqı MMC , “Finans Kredit İttifaqı” MMC və “Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.