Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib

Azerbaycan-Latviya Hokumetlerarasi Komissiyasinin terkibinde deyisiklik edilib
Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Zeferinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri təyin edilib.

Qeyd edək ki, bu vəzifə əvvəllər ekologiya və təbii sərvətlər nazirinə həvalə olunmuşdu.