Azərbaycan Koreyanın maliyyə idarəetmə informasiya sistemi ilə tanış olub

Azerbaycan Koreyanin maliyye idareetme informasiya sistemi ile tanis olub
Azərbaycan Maliyyə Nazirliyinin nümayəndə heyəti Koreyada seminarda iştirak edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata əsasən, seminar maliyyə idarəetmə informasiya sistemi mövzusuna həsr olunub və Koreya Fiskal İnformasiya Xidməti tərəfindən təşkil edilib.