Azərbaycan İsrail-Türkiyə və Suriya münasibətlərində vasitəçi rolundadır

Azerbaycan Israil-Turkiye ve Suriya munasibetlerinde vasiteci rolundadir

Azərbaycan İsrail və region ölkələri arasında anlaşılmazlıqların aradan qaldırılmasında rol oynayır.

Zeferinfo.az  xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, İsrailin Azərbaycanla əldə etdikləri qarşılıqlı etimadın bir çox dünya ölkələri ilə münasibətlərində mövcud deyil.

"Məhz bu etimad Azərbaycana imkan verir ki, İsrail və başqa ölkələr arasında vasitəçilik etsin. Sirr deyil ki, Azərbaycanda İsrail və Türkiyə rəsmilərinin görüşü keçirilib. Azərbaycan İsrail və Türkiyənin anlaşılmazlıqlarını həll etməsi üçün əsas rol oynadı. Suriya ilə Bakıda keçirilən görüşlər haqqında da xəbərlər var. Məncə, bu danışıqların uğurlu alınması üçün əsas şərt onların barəsində kənarda danışılmamasıdır. Məncə, biz Azərbaycana bu vasitəçiliyə davam etməsi üçün güvənə bilərik”, – deyə Corc Dik bildirib.