Azərbaycan-İsrail Elm və Texnologiya sahəsində əməkdaşlığı genişləndirir

Azerbaycan-Israil Elm ve Texnologiya sahesinde emekdasligi genislendirir
Süni İntellekt sahəsində əldə olunan tarixi razılaşmanın ardınca, Azərbaycanla İsrail arasında Elm və Texnologiya üzrə daha bir genişmiqyaslı Anlaşma Memorandumu imzalanıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, sənədi İsrail innovasiya, elm və texnologiya naziri Qila Qamliel və Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli təsdiq ediblər.

Yeni razılaşma çərçivəsində kosmik tədqiqatlar, kibertəhlükəsizlik və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi, həmçinin tələbə və mütəxəssis mübadiləsinin sürətləndirilməsi nəzərdə tutulur.

Back To Top