Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək
![Azerbaycan Islam Emekdasliq Teskilatina sedrlik edecek](https://zeferinfo.az/uploads/2025/02/2-918.jpg)
Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək.
Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.
Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.