Zeferinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinı görə, tədbirə təxminən 50 ölkədən 300-dən çox rəsmi nümayəndə qatılıb. Ümumilikdə 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu da festivalın beynəlxalq səviyyədə böyük maraq doğurduğunu göstərir:
Bəhreyn, Misir, Qazaxıstan, İraq, Əlcəzair, Tacikistan, Türkmənistan, Türkiyə və digər ölkələrin iştirakı həm mədəniyyətlərarası dialoqu, həm də yaradıcı sənayelər üzrə əməkdaşlığı genişləndirməyə imkan verir. Məqsəd həm institusional əlaqələri möhkəmləndirmək, həm də Azərbaycanın regional yaradıcı sənaye mərkəzi kimi mövqeyini daha da gücləndirməkdir.
Nazir müavini bildirib ki, Festival çərçivəsində yaradıcı sənayelərin inkişafına xidmət edən çoxsaylı panel və müzakirələr keçiriləcək. Bu panellər innovasiya, texnologiya, mədəniyyət informasiyası, kino və dizayn sahələrində təcrübə mübadiləsini təşviq edəcək, yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq:
“4-cü Sənaye İnqilabı Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək panel süni intellekt, robot texnologiyaları, avtomatlaşdırma və rəqəmsal idarəetmə mövzularına həsr olunacaq”.