Azərbaycan ilə Macarıstan arasında əlaqələrininkişafı məmnunluq doğurur

Azerbaycan ile Macaristan arasinda elaqelerininkisafi memnunluq dogurur

Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə artan və inkişaf edən bir sahə olaraq diqqət çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür.

Ölkəmizin strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti Azərbaycanı qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib.

Prezident cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkənin münasibətlərinin dünəni, bu günü və gələcəyi barədə də aydın təsəvvür yaradıb. Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Buyalnız siyasi  iqtisadisahələrdə deyilhəm  enerjitəhlükəsizlik regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığındərinləşməsini nəzərdə tuturAvropa İttifaqının üzvüolan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinininkişafında mühüm rol oynayırAzərbaycan Prezidentiiki ölkənin möhkəm təmələ əsaslanan münasibətləriniBiz dost ölkələrikstrateji tərəfdaşıq” fikirləri ilə ifadəetdiQarşılıqlı səfərlərin dinamikliyiiki ölkəninliderlərinin dostluq münasibətləri diqqətdən kənardaqalmırDövlətimizin başçısı bildirdi kiAzərbaycan iləMacarıstan arasında əlaqələrin inkişafı məmnunluqdoğururBuMacarıstana 6-cı səfəridirOrban isəAzərbaycana 7 dəfə səfər edibMacarıstanAzərbaycanın etibarlı strateji tərəfdaşıdırMacarıstanmüstəqil siyasət aparan ölkədir  beynəlxalq nüfuzudaim artmaqdadır.

“Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”. Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında deyib.

Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri kimi  Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi ön sırada gəlir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın qitə ilə əlaqələrinin inkişafında strateji körpü rolunu oynayan ən etibarlı tərəfdaşıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın yeni üfiqlərini açır. Buna iki dost ölkə liderinin qarşılıqlı səfərlərində intensivləşən şəxsi təmasları da dəlalət edir. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri  iki dost dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. Macarıstanın paytaxtı Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident cənab İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.

Nəticə etibarilə, Azərbaycan və Macarıstan arasında əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur. İki ölkə qarşılıqlı faydalı layihələr və investisiyalar əsasında gələcəkdə daha da sıx əməkdaşlıq etməyi hədəfləyir. Bu proses, həmçinin bölgələrarası əlaqələrin güclənməsinə və beynəlxalq iqtisadi sistemdə daha böyük mövqe tutmalarına şərait yaradacaq.

Kəmalə Abbasova, tarix müəllimi