Azərbaycan ilə İsveç Xəzərdə külək enerji layihələrində əməkdaşlıq məsələlərini müzakirə edib

Azerbaycan ile Isvec Xezerde kulek enerji layihelerinde emekdasliq meselelerini muzakire edib

Azərbaycan və İsveç arasında Xəzər dənizində külək enerji layihələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu barədə Zeferinfo.az Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüşüb. Eyni zamanda görüşdə İsveçin Emtunga şirkətinin nümayəndələri də iştirak edib.

Qeyd olunub ki, görüşdə Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr, o cümlədən “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri barədə məlumat verilib. İsveç şirkətlərinin dənizdə külək enerji layihələrində iştirakı məsələsi müzakirə olunub. Hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb.

Həmçinin, Azərbaycanda keçirilən COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.