Azərbaycan ilə Almaniya gəmiçilik sahəsində "yaşıl texnologiya"lar üzrə müzakirələr aparıb

Azerbaycan ile Almaniya gemicilik sahesinde "yasil texnologiya"lar uzre muzakireler aparib

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, "yaşıl texnologiya"lar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Zeferinfo.az "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir ki, müzakirələr ASCO nümayəndələri ilə Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyətinin görüşündə aparılıb. 

Məlumata əsasən, görüş zamanı nümayəndə heyətinə ASCO-nun donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.