Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.
Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.