Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir

Azerbaycan herbcileri Gurcustanda NATO teliminde istirak edir
 
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.

Müdafiə Nazirliyindən Zeferinfo.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.
Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edirAzərbaycan hərbçiləri Gürcüstanda NATO təlimində iştirak edir