Zeferinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə çıxışında deyib.
“Bu gün biz görürük ki, məhz dialoq və diplomatiya vasitəsilə bir çox problemlər həllini tapır. Azərbaycanın vasitəçi dövlət və ya “körpülər quran” kimi oynadığı müasir rol təkcə münaqişələr zamanı deyil, eyni zamanda bizim praktiki fəaliyyətlərimizdə, ələlxüsus da Bakıda keçirilən COP29 zamanı özünü büruzə verib”,- deyə Yalçın Rəfiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq dialoq üçün yaxşı tanınan və nüfuzlu bir platformadır.
Nazir müavini xatırladıb ki, bu ilin may ayında Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək və bu forum urbanizasiyanın müasir çağırışlarının, iqlim və ekoloji dayanıqlılıq standartlarına uyğun davamlı və dayanıqlı şəhərlərin formalaşdırılması məsələlərinin müzakirəsi üçün müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirəcək.
O, həmçinin qeyd edib ki, bu il Azərbaycan bir sıra digər mühüm beynəlxalq tədbirlərin də təşəbbüskarı kimi çıxış edib və onlara ev sahibliyi edəcək. Bunlara aprel ayında UNESCO-nun sessiyası, iyun ayında İslam İnkişaf Bankının illik toplantısı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEMT) Sammiti və digər tədbirlər daxildir.