Azərbaycan gəncliyi dövlət qayğısı fonunda yüksəliş dövrünü yaşayır
Bu gün dövlətin gənclərə göstərdiyi diqqət sayəsində Azərbaycan gəncləri elm, təhsil, idman və dövlət quruculuğunda mühüm nailiyyətlər əldə edir. Onların beynəlxalq tədbirlərdə fəal iştirakı, yüksək intellektual səviyyəsi və təşəbbüskarlığı ölkəmizin inkişafına ciddi töhfə verir. Son illərdə aparılan sosial-iqtisadi islahatlar, yeni məktəblərin tikilməsi, sosial təminatın gücləndirilməsi, səhiyyə və qeyri-neft sektorunun inkişafı da gənclərin gələcəyinə dövlət qayğısının göstəricisidir.
Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin inkişafı üçün mühüm fərman və sərəncamlar imzalamış, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsili, sağlamlığı, mənəvi inkişafı və ictimai-siyasi həyatda iştirakı dövlət tərəfindən hərtərəfli dəstəklənir.
Gənc Vətənpərvərlər İctimai Birliyi də müxtəlif maarifləndirici tədbirlər, görüşlər, yürüşlər keçirərək gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu tədbirlərdə gənclərin fəallığı onların dövlətə, orduya və milli dəyərlərə bağlılığının təzahürüdür.
Xaricdə təhsil alan azərbaycanlı gənclərin fəaliyyətinin gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Onların Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, 44 günlük Vətən müharibəsi və qəhrəmanlarımız haqqında həqiqətləri beynəlxalq aləmdə təbliğ etməsi vacibdir.
Vətən müharibəsində əldə olunan Zəfər xalq-ordu-Ali Baş Komandan birliyinin nəticəsi olaraq tariximizə qızıl hərflərlə yazıldı. Bu qələbə həm xalqımızın, həm də Gənc Vətənpərvərlər İctimai Birliyinin üzvləri üçün böyük qürur mənbəyidir. Qəhrəman Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Azərbaycanı qalib dövlətə çevirdi.
Bu gün ordumuza güvən, gənclərimizin sədaqəti və milli birliyimiz gələcəyin daha möhkəm olacağını təsdiqləyir.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Müqamət Süleyman oğlu Əliyev (Muğan)
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri,
Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü,
Şərq əlbəyaxa döyüş növləri üzrə fəxri bədən tərbiyəsi və idman işçisi.