Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan olunub

Azerbaycan dili imtahaninin ikinci cehdinde istirak ucun qeydiyyat elan olunub

Azərbaycan dili (dövlət dili) imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub.

Bu barədə Zeferinfo.az-a DİM-dən məlumat verilib.

İştirak şərtləri və qeydiyyat müddəti

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək.

Qeydiyyat prosesi və ödəniş qaydaları

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

İkinci imtahanın keçiriləcəyi tarix

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.

İmtahanda iştirak etməyəcək şagirdlər

Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiya və əlavə imtahan mərhələsi

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.