Zeferinfo.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
O, "etnoseparatizm təbliğatı və Aleksey Navalnıya dəstək"də ittiham edilib.
Qeyd edək ki, Ərşad Xankişiyev həm də biznesmündir. O, "Fruktdom" MMC-nin, "Fruit-House" MMC-nin, "Nar Sharab" MMC-nin, "Kaspiy" MMC-nin təsisçisi/sahibidir.
Biznesmen, həmçinin Çelyabinskin "Azərbaycan" regional sosial-hüquqi ictimai təşkilatının prezidenti və "Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatının sədri olub.
Qərarın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən verildiyi bildirilir. Onun Rusiyaya girişi də qadağan olunub.
Xatırladaq ki, "Azərbaycan" Çelyabinsk regional sosial-hüquqi ictimai təşkilatı bu yaxınlarda məhkəmənin qərarı ilə ləğv edilib, bundan əvvəl isə məhkəmə "Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti" İctimai Təşkilatını ləğv edib.