“Azərbaycan Dəmir Yolları”nda yeni təyinatlar olub - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar olub.
ADY-dən Zeferinfo.az-a verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.