Azərbaycan Bosniya və Herseqovina ilə itkin düşmüş şəxslərlə bağlı memorandum imzalayıb

Zeferinfo.az xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub.
Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı sənədin layihəsi müzakirə edilib və razılaşdırılıb.