Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının 16-cı iclasında iştirak edir

Azerbaycan 1954-cu il Haaqa Konvensiyasinin 16-ci iclasinda istirak edir

Azərbaycan nümayəndə heyəti bu gün UNESCO-nun baş qərargahında 1954-cü il Haaqa Konvensiyasının Razılığa gələn Yüksək Tərəflərinin 16-cı iclasında iştirak edir.

Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyinin "X" hesabında dərc olunmuş paylaşımda deyilir.

"UNESCO-nun baş qərargahında 1954-cü il Haaqa Konvensiyasının Razılığa gələn Yüksək Tərəflərinin 16-cı iclası başlayıb. İclasda Azərbaycan nümayəndə heyəti iştirak edir", - paylaşımda vurğulanır.

Qeyd edək ki, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Konvensiya 1954-cü il mayın 14-də Haaqada (Niderland) imzalanıb və 1956-cı il avqustun 7-də qüvvəyə minib.