AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevə beynəlxalq maliyyələşmə və investisiya məsələləri üzrə müşavir təyin edilib.
Zeferinfo.az xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.
E.Məmmədov bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində investisiya direktoru vəzifəsində çalışıb.
Əlavə olaraq, AZCON-da rəqəmsal transformasiya və strategiya bölməsinin rəisi vəzifəsinə də təyinat olub.
Bu vəzifə Xalid Xalidliyə həvalə edilib.
X.Xalidli daha öncə dövlət və özəl sektorda müxtəlif şirkətlərdə çalışıb.