Sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.
Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək.
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.
Daha çox uçuş, daha rahat və xoş səyahət – AZAL ilə dünyanı kəşf edin!
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.