Azad olunmuş ərazilərin su xəritəsi yaradılıb

Zeferinfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi tədbiri çərçivəsində ümumilikdə 142 mineral xammal yatağında monitorinq-təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşdirilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri davam etdirilir.
Kənan Kərimli onu da bildirib ki, Zəngilan rayonu ərazisində 55 hektar, Ağdam rayonu ərazisində 11 hektar və Cəbrayıl rayonu ərazisində 38 hektar yeni yaşıllıq sahəsi salınıb. Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir.