Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri...
Qurban bayram günlərində (16-17-18 iyun) azad olunan ərazilərdə heyvan kəsimi və satışı məntəqələri müəyyənləşib.
Zeferinfo.az Axar.az -a istinadən həmin məntəqələrin siyahısını təqdim edir:
- Şuşa şəhəri (çadır-kəsim-satış)
- Laçın rayonu, Zerti kəndi (kəsim-satış)
- Ağdərə rayonu, Talış kəndi (çadır-kəsim-satış)
- Zəngilan rayonu, Ağalı kəndi (çadır-kəsim-satış)
- Füzuli rayonu, Milli Qəhrəman Seymur Məmmədov küçəsi (çadır-kəsim-satış)
- Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi (yalnız satış)
- Ağdam rayonu, Quzanlı kəndi - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (yalnız kəsim)
Qeyd edək ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.