Azad edilmiş ərazilərdə ötən ay 770 mina, 12298 PHS aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Zeferinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 406 piyada əleyhinə mina, 364 tank əleyhinə mina, 12.298 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib
