Azad edilmiş ərazilərdə daha 60 mina, 683 PHS aşkarlanıb

Azad edilmis erazilerde daha 60 mina, 683 PHS askarlanib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (08.12.2025-14.12.2025) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Zeferinfo.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 42 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 683 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 838,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.