Azad edilmiş ərazilərdə 80-nə yaxın şəxsə aid qalıqlar tapılıb

İşğaldan azad edilmiş ərazilərdə 80-nə yaxın şəxsə məxsus sümük qalıqları müəyyən edilib.
Zeferinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, indiyədək 187 şəhidin qalıqları ailələrinə təhvil verilib.