Ayxan Hacızadə TDT-yə üzv və müşahidəçi ölkələrin diplomatları ilə görüşüb

Ayxan Hacizade TDT-ye uzv ve musahideci olkelerin diplomatlari ile gorusub

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ADA Universitetinin "Xəzər Hövzəsi Araşdırmaları" proqramı çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin xarici diplomatları ilə görüşüb.

Zeferinfo.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

A.Hacızadə görüş zamanı Azərbaycanın xarici siyasət prioritetləri, geosiyasi mövzularda interaktiv müzakirə apardıqlarını bildirib.