Aygün Əliyeva Özbəkistan Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanı ilə təltif olunub
Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanının verildiyi ilk xarici ölkə nümayəndəsi Azərbaycandan olub.
Zeferinfo.az xəbər verir ki, 2024-cü il dekabrın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu döş nişanı ilə təltif olunub.