Aygün Əliyeva DOST TV-nin fəaliyyətə başlaması ilə bağlı təbrik ünvanlayıb
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva DOST TV-nin fəaliyyətə başlaması ilə əlaqədar təbrik ünvanlayıb.
Bu barədə icraçı direktor sözügedən kanala müsahibə verib.
"Dəyərli DOST TV kollektivi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi adından salamlayıram. Bildiyiniz kimi Azərbaycanın Dövlət Siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahının təminatıdır. Bir neçə il öncə ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST konsepsiyası qısa müddətdə, operativliyi və əlçatanlığı ilə minlərlə vətəndaşımızın etimadını qazanıb. Qurum media vasitəsilə də xidmətlərini həyata keçirir. Əziz DOST kollektivi sizi agentliyimiz adından təbrik edirəm. Bu çətin yolda uğurlar arzulayıram",-deyə Aygün Əliyeva bildirib.
Zeferinfo.az