Avstriyada məktəbə atəş açıldı - 8 nəfər ÖLDÜ

Avstriyada mektebe ates acildi - 8 nefer OLDU

İyunun 10-da Avstriyanın Qrats şəhərindəki məktəbdə atışma olub.

Zeferinfo.az xəbər verir ki, bu barədə Avstriya KİV-ləri, o cümlədən "Kronen Zeitung" və "Heute" nəşrləri məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 8 nəfər həlak olub, məktəbin daha bir neçə şagird və müəllimi ağır yaralanıb.

Hadisə zamanı 30-40 atəş açıldığı bildirilib. Məlumata görə, tələbə olduğu ehtimal edilən hücumçu intihar edib.

Avstriya polisi gimnaziya ərazisində polis əməliyyatının aparıldığını bildirib, lakin əlavə məlumat verməyib. KİV-in məlumatına görə, artıq insanlar məktəbdən təxliyə edilib.