Avroviziya 2025 mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub

Avroviziya 2025 mahni musabiqesinin Azerbaycandan olan serhcileri melum olub
Avroviziya 2025 mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri ifaçı, musiqi prodüsseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin, televiziya və radio aparıcısı Ağa Nadirov olacaq.

Zeferinfo.az xəbər verir ki, 69-cu Avroviziya mahnı müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-dan etibarən İctimai Televiziyada birbaşa yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.