Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində davamlı monitorinq mexanizmləri müəyyən ediləcək

Milli Məclisə “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nin təsdiq edilməsi haqqında qanun layihəsi daxil olub.
Zeferinfo.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-də keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinin komitənin iclasında müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilməsi gözlənilir.