AUİB və “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyi arasında memorandum
“Azərbaycan Uşaqları” İctimai Birliyi və “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb.
Zeferinfo.az xəbər verir ki, memorandom imzalanan zaman birinci tərəf “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, ikinci tərəf “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin sədr müavini Sara Əliyeva tərəfindən təmsil olunub.
Qeyd edilib ki, tərəflər bu memorandumun müddəalarına uyğun, bərabər və qarşılıqlı ümumi maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına töhfə verməli və fəaliyyətlərini razılaşdırılmış icra planı üzrə yerinə yetirməlidirlər.