Attestasiyadan keçə bilməyən musiqi müəllimlərinin müsabiqə nəticələri açıqlanıb
Attestasiya nəticələrinə əsasən 3 əleyhinə – 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.
Bu barədə Zeferinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müsahibə mərhələsi üzrə keçid balı 32 baldır.
Müsahibə nəticəsindən narazı qalan namizədlər üçün apellyasiya imkanı yaradılıb. Apellyasiya müraciətlərinin qəbulu 10–13 dekabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən elektron şəkildə qəbul ediləcək.