ATƏT-in Nazirlər Şurası dekabrda toplanacaq

ATƏT-in Nazirlər Şurası 4-5 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Zeferinfo.az xəbər verir ki, bununla bağlı ATƏT-in saytında məlumat dərc edilib.
Bildirilib ki, şuranın iclası fəaliyyətdə olan sədr, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin rəhbərliyi ilə keçiriləcək.
Tədbirdə ATƏT-ə üzv ölkələrdən 57, tərəfdaş ölkələrdən isə 11 xarici işlər naziri iştirak edəcək.