Atanın həbsdəki oğluna tərliyin içərisində narkotik keçirməsinin qarşısı alınıb

Atanin hebsdeki ogluna terliyin icerisinde narkotik kecirmesinin qarsisi alinib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısını alıb.

Zeferinfo.az xəbər verir ki, məhkumla qısamüddətli görüşə gələn atasının gətirdiyi sovqata baxış keçirilən zaman tərliyin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 1,720 qram marixuana və 1,970 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.