Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb

Astanada KTMT-ye uzv olkelerin XIN bascilari, mudafie nazirleri ve Tehlukesizlik Suralari rehberlerinin iclasi baslayib

Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katiblərinin birgə iclası başlayıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasın gündəliyinə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə qəbul olunacaq bəyanatın mətnləri də daxil olmaqla, ümumilikdə 15 məsələ daxil edilib.