Audit Beynəlxalq Standartlaşdırma Təşkilatının üzvü olan Türk Standartlar İnstitutu tərəfindən həyata keçirilib.
Auditin nəticələri Dövlət Agentliyində innovasiya fəaliyyətinin sistemli, davamlı və beynəlxalq tələblərə uyğun şəkildə idarə olunduğunu göstərir.
Xatırladaq ki, Dövlət Agentliyi bu standartı ölkəmizdə ilk tətbiq edən dövlət qurumudur.
Dövlət Agentliyində formalaşdırılan innovativ yanaşmalar “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli təşkili və xidmətlərə əlçatanlığın artırılması məqsədilə tətbiq olunur.