Marafon boyu iştirakçılar dövlət və özəl sektordan olan peşəkar mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparıblar. Həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə xüsusi görüş təşkil olunub.
İlk mövsümdə 120 işgüzar şəxs “Zəfər idarəçisinin kinetik imici”, “Liderlik: etika və emosional zəka”, “High Tech, High Touch: Texnologiya və insan yönümlü liderlik”, “Gerçəklər ilə xəyallar arasında iş həyatı panoraması” mövzularında maarifləndirici təlimlərdə iştirak edib.
Layihə çərçivəsində “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” formatında görüşlər, “İdarəetmədə innovativ liderlik bacarıqları” üzrə təlimlər, “ASAN xidmət” modeli ilə tanışlıq tədbirləri, işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil olunacaq.
Növbəti mövsümə sentyabr ayında start veriləcək.
Sponsorlar: “Veysəloğlu” Şirkətlər Qrupu, PAŞA Kapital İnvestisiya Şirkəti



