Görüş “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutub.
Əsas müzakirələr “QHT fəaliyyətində gənclərin iştirakçılığı: Yeni dövrün çağırışları və imkanlar” mövzusuna həsr olunub.
Aygün Əliyeva müvafiq sahədə gənclərin artan rolundan, təşəbbüskarlıq və sosial layihələrdə iştirakın əhəmiyyətindən danışıb. O, müasir dövrün çağırışlarından və imkanlarından söz açıb, tövsiyələrini verib.
Görüş sual-cavab və müzakirələrlə davam edib.
Layihənin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ müzakirəsinə imkan verir.





