“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçilib- FOTOLAR

“ASAN Konulluleri” Teskilatina yeni sedr secilib- FOTOLAR
 
24 noyabr 2025-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının növbəti hesabat qurultayı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatı bu siyasətin uğurlu təzahürlərindən biridir və təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələr minlərlə gəncin bilik, bacarıq və intellektual potensialının inkişafına xidmət edib.

Ümumi Yığıncaqda qəbul edilən qərara əsasən Aysiman Quliyeva yekdilliklə Təşkilata yeni sədr seçilib.

19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə indiyədək 44 000-ə yaxın könüllü qoşulub. Təşkilat tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.

image-img-20251125-wa0040 image-img-20251125-wa0039 image-img-20251125-wa0038 image-img-20251125-wa0037 image-img-20251125-wa0036 image-img-20251125-wa0035 image-img-20251125-wa0040