AQTA 3 mindən çox Yeni il hədiyyə qutusunu satışdan kənarlaşdırıb

AQTA 3 minden cox Yeni il hediyye qutusunu satisdan kenarlasdirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satışa çıxarılan 3 min 68 Yeni il hədiyyə qutusunu satışdan kənarlaşdırıb.

Bu barədə Zeferinfo.az-a agentlikdən məlumat verilib.

Bildirilib ki, cari ilin dekabrın 11-27-də keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21 min 182 məhsula baxış keçirilib.

Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3 min 68 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb.